2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda bankların cəlb etdikləri depozitlər (əmanətlər) üzrə faiz xərcləri 827.5 milyon manat təşkil edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 45% və ya 257.1 milyon manat artıb. 2024-cü ilin müvafiq dövründə banklar 570.4 milyon manat depozit faizi ödəyiblər.
Qeyd edək ki, cari il sentyabr ayının 1-nə banklarda hüquqi və fiziki şəxslərin depozitlərinin həcmi (maliyyə institutları istisna olmaqla) ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.3% artaraq 36 milyard 517.8 milyon manata bərabər olub.
Xatırladaq ki, hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən 22 bank ümumilikdə 3 milyard 237.7 milyon manat faiz gəliri əldə ediblər.
Follow @7timesaz