Ölkə

Banklardan kənarda olan pullar artır – 11 milyard manatı ötüb

Banklardan kənarda olan pullar artır – 11 milyard manatı ötübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ilin iyunun 1-nə olan məlumata əsasən Azərbaycanda banklardan kənarda 11 milyard 252 milyon manat pul var.

Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, may ayında banklardan kənarda olan pulun miqdarı 416,5 milyon manat artıb.

Geniş mənada götürdükdə ölkəmizdə 37 milyard manat dəyərində pul var. Bunun 30,4 faizi banklardan kənarda olan pullar, qalanını depozitlər təşkil edir.Müqayisə üçün bildirək ki, 2014-cü ildə pul kütləsinin 47 faizi banklardan kənarda idi. Devalvasiyadan sonra görülən tədbirlər hesabına kənarda olan pulun həcmi 4,77 milyard manata enib və cəmi pulun 22,4 faizini təşkil edib. Sonrakı illərdə banklardan kənarda olan pulun həcmi və pul kütləsindəki payı tədricən artaraq 37 faizə çatıb.