İdman

“Barselona” ispaniyalı futbolçunun transferi üçün razılıq əldə edib

“Barselona” ispaniyalı futbolçunun transferi üçün razılıq əldə edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın “Valensiya” klubunun futbolçusu Karlos Soler karyerasını “Barselona”da davam etdirəcək.

“Report” AS nəşrinə istinadən xəbər verir ki, tərəflər 25 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı razılığa gəliblər.

Kataloniya təmsilçisi yayda Soler üçün “yarasalar”a 20 milyon avro ödəyəcək.

Qeyd edək ki, “Valensiya”nın yetirməsi olan ispaniyalı oyunçu cari mövsüm 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2023-cü ildə başa çatmalıdır.