Sağlamlıq

Baş qaşınmasının SƏBƏBLƏRİ

Baş qaşınmasının SƏBƏBLƏRİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Başın qaşınmasına səbəb tük diblərində olan müxtəlif problemlərdir. Baş qaşınması ən çox yeniyetmələrdə və yaşlılarda rast gəlinir.

Bu zaman baş dərisində bəzi əlamətlər meydana çıxır:

– gözlə görülən qızartılar

 

– bəzi hissələrdə sızanaqlar

– saç dərisində olan kəpəklər.

Əlamətlər birdən-birə başlayır və insana narahatçılıq hissi verir. Bəzən bunun səbəbini yağlı dərinin həddindən artıq yağlanmasıdır. Bu zaman başın dərisində kəpək, infeksiyalar, iltihabi ocaqlara rast gəlmək olur. Bəzi vaxtlar autoimmun xəstəliklər də baş qaşınmasına səbəb ola bilir.

Amma əsasən başın qaşınmasına aşağıdakılar səbəb ola bilir:

– saç dərisində sızanaqlar

– allergiyaya səbəb olan saç boyaları

– başı qaynar su ilə yumaq

– ekzema

– göbələk xəstəlikləri

– hipotireoz (qalxanvari vəzi xəstəliyi)

– şəkərli diabet

– psoriaz

– stress

– pedikulyoz (bit)

– günəş yanığı.

Baş qaşınmasının verdiyi rahatsızlıq onun şiddətindən və qaşınmanın müddətindən asılıdır. Qaşıntı başın bir hissəsində və ya bütöv saç dibində ola bilər.

Baş qaşınmasının müalicəsi onu törədən səbəbləri aradan qaldırmaqdan ibarətdir. Əgər səbəb dermatitdən qaynaqlanırsa saçlara xüsusi qulluq etmək lazımdır, yox əgər göbələk mənşəli qaşınmadırsa göbələk əleyhinə müalicə tələb olunur.Başınız uzun müddət ərzində qaşınırsa, mütləq həkimə müraciət edin.

Bitki tərkibli müxtəlif saç şampunları da vardır ki, onlar baş dərisinə müalicəvi təsir göstərir. Onların istifadəsi saçların dibində olan iltihab əlamətlərini və dəridəki qıcıqlanmaları aradan qaldırır. (milli.az)