ABŞ Prezidenti Co Bayden növbəti dəfə səhv edərək vitse-prezident Kamala Harrisi “prezident” adlandırıb.
7Times.az Publika.az-a istinadən xəbər verir ki, məlumatı “Fox News” telekanalı yayıb.
Bayden Harrislə müzakirələr haqqında danışarkən onun haqqında üçüncü dəfə prezident ifadəsini işlədib:
“Ötən həftə Prezident Harrislə Kapitolidə ölkəmizin tarixi – 2021-ci il yanvarın 6-nı (bu tarixdə Ağ Evə basqın olmuşdu – red.) və ondan sonrakı dövrü müzakirə edirdik”.
Follow @7timesaz