Belarus parlamentinin spikeri Vladimir Andreyçenko deyib ki, Üçüncü Dünya Müharibəsi artıq de-fakto gedir və “isti fazaya” keçə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Gazeta.ru saytı yayıb.
“Bəşəriyyət Üçüncü Dünya Müharibəsindən sadəcə bir addım uzaqdadır. O, əslində beynəlxalq münasibətlərdə, iqtisadiyyatda, insanların başlarında gedir və artıq qaynar fazaya yaxınlaşır” deyə Andreyçenko bildirib.
Spiker, həmçinin Qərb siyasətçilərinin “qlobal münaqişəni döyüş meydanında həll etmək lazımdır” sözlərini təəssüflə qarşılayıb.
Onun fikrincə, qlobal qarşıdurma şəraitində yalnız milli demokratiya ənənələrinə əsaslanan güclü dövlət yaşamaq və inkişaf etmək iqtidarındadır.
“Bu gün bizim hamımız üçün – hökuməti dəstəkləyənlər və onu tənqid edənlər üçün həqiqət anı gəlib çatıb. Heç kim kənarda qala bilməyəcək”, deyə parlamentin spikeri yekunlaşdırıb.
Follow @7timesaz