“Report”un Qarabağ bürosunun hadisə şahidlərinə istinadən verdiyi xəbərə görə, insident bu gün axşam saatlarında Bərdə şəhəri, “26-lar” adlanan ünvanda qeydə alınıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu24.com-a bildirilib ki, 1978-ci il təvəllüdlü Ruhi Məmmədov şəxsi münasibətlər zəminində öz qonşusu 1993-cü il təvəllüdlü Elşad Məmmədova ov tüfəngindən atəş açaraq xəsarət yetirib.
R.Məmmədov polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb. Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.
Follow @7timesaz