Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Bəxtiyar Osmanov və Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Qımılqışlaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Faiq Orucov dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən Fəxri Fərmanla təltif ediliblər.
Qeyd edək ki, bu günlərdə Bəxtiyar Osmanovun 50, Faiq Orucovun isə 65 yaşı tamam olub.
Rayon İcra Hakimiyyəti başçısı aparatında təşkil olunan növbəti yığıncaqda icra başçısı Elnur Rzayev hər iki yubilyarı təbrik edib, onlara xoş arzularını çatdırıb.
Rayon rəhbəri həmçinin Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən Müharibəsi İştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinə müdir təyin edilən Tariyel Didarovu da təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.







