Bəzi filmlər ABŞ-ın milli mədəni irsi elan edildi

Bəzi filmlər ABŞ-ın milli mədəni irsi elan edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ulduz Döyüşləri. VI Epizod: Cedayın qayıdışı” (1983), “Üzüklərin hökmdarı: Üzük qardaşlığı (2001) və “VALL-İ” (2008) filmləri ABŞ Konqres Kitabxanasının Milli Film Reyestrinə daxil edilib.

7times.az xəbər verir ki, yenilənmiş siyahı çərşənbə axşamı Konqres Kitabxanasının saytında dərc olunub.

Ümumilikdə siyahıya 25 filmin adı əlavə olunub ki, onların arasında yuxarıda adıçəkilənlərlə yanaşı “Selena” (1997), “Vyazov küçəsində dəhşət” (1984), “Çəhrayı flaminqolar” (1972), “Vinsent Çini kim öldürdü?” (1987) filmləri də var.

Qeyd edək ki, hazırda ABŞ Konqres Kitabxanasının Milli Film Reyestri 825 filmdən ibarətdir.//0xu.az