Dünya

Britaniya Ukraynaya qoşun yeritməyə hazırdır  Stramer açıqladı

Britaniya Ukraynaya qoşun yeritməyə hazırdır – Stramer açıqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın Baş naziri Keir Starmer istənilən sülh sazişinin həyata keçirilməsini təmin etmək üçün Britaniya qoşunlarını Ukraynaya göndərməyə hazır olduğunu deyib.

7Times.az xarici KİV-ə istinadla xəbər verir ki, Stramer Britaniyanın Ukraynanın təhlükəsizlik təminatında mühüm rol alacağını qeyd edib: “Böyük Britaniya Ukrayna üçün təhlükəsizlik təminatları üzərində işin sürətləndirilməsində aparıcı rol oynamağa hazırdır. Buraya ən azı 2030-cu ilə qədər Böyük Britaniyanın ildə 3 milyard funt sterlinq verdiyi Ukrayna ordusuna davamlı dəstək daxildir. Bu, həm də lazım gələrsə yerdə öz qoşunlarımızı yerləşdirməklə Ukraynanın təhlükəsizliyinin təmin edilməsinə töhfə verməyə hazır və iradəli olmaq deməkdir. Ukraynanın təhlükəsizliyinin təmin edilməsində istənilən rol bizim qitəmizin və bu ölkənin təhlükəsizliyini təmin etməyə kömək edir”.

Britaniyanın Baş naziri əmindir ki, müharibənin sonu Vladimir Putinin yeni hücumu üçün müvəqqəti fasilə ola bilməz.

“AzPolitika.info”