Aktual

Britaniyada Baş nazir postuna ən şanslı bu şəxsdir – İLK

Britaniyada Baş nazir postuna ən şanslı bu şəxsdir – İLKbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın sabiq maliyyə naziri Rişi Sunak Mühafizəkarlar Partiyasının növbəti lideri və baş nazir olmaq üçün mübarizə aparacağını bəyan edib.

Publika.az BBC-yə istinadən xəbər verir ki, Rişi Sunak namizədliyini elan edən ən məşhur simadır.

O, Baş nazir Boris Consona qarşı çıxanların önündə gedir. Rişhi Sunak Consonu vəzifədən getməyə səsləyərək, ona etimadsızlıq kimi vəzifəsindən istefaya çıxıb.

Baş nazir və Mühafizəkarlar Partiyasının lideri olmaq qərarını açıqlayan Sunak “etimadı bərpa etmək, iqtisadiyyatı dirçəltmək və ölkəni yenidən birləşdirmək” istədiyini bildirib.

Xatırladaq ki, Britaniyanın baş naziri Boris Conson bir neçə gün öncə istefa verib. O, kabinetə yeni lider seçilənə qədər baş nazir vəzifəsində qalmaq niyyətindədir.

Qeyd edək ki, Mühafizəkarlar partiyasından deputat Tom Tugendhat, baş prokuror Suella Braverman və keçmiş nazir Kemi Badenok da hökumətdə birinci posta namizəd olmaq niyyətlərini açıqlayıblar.

Bu arada keçmiş xarici işlər naziri Ceremi Hant, müdafiə naziri Ben Uolles və keçmiş səhiyyə naziri Sacid Cavidin də liderliyə namizədliyini irəli sürmək barədə fikirləşdikkəri də vurğulanır.

Keçmiş Brexit naziri Steve Baker liderliyə namizədliyini irəli sürmək fikrində olduğunu bildirsə də, təklifini geri götürüb və baş prokuror Bravermanı dəstəkləyib.

Qeyd edək ki, Boris Consonun partiyadaşı Rişhi Sunak bir çox məsələlərə yanaşmada baş nazirlə razılaşmadığını açıq şəkildə bildirən və məhz bu səbəbdən nazir postundan istefa verən qətiyyətli siyasətçi kimi cəmiyyətin rəğbətini qazana bilib. Hindistan əsilli Sunak Böyük Britaniya Krallığının tarixində Kraliçadan sonra ən ali kürsü sayılan Baş nazirliyə iddialı ilk qeyri-ağ dərilidir.

Seçki təqvimi gələn həftə təsdiqlənməlidir, yeni baş nazir sentyabrda vəzifəyə başlayacaq.