Bu gün – 6 yanvar Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış şairlərdən biri olan, Mikayıl Müşfiqin anım günüdür.
Mikayıl Müşfiq Stalin repressiyasının qurbanı olub. 6 yanvar 1938-ci ildə güllələnmişdir. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən ölümündən sonra bəraət almışdır.
Azərbaycan poeziyasının ən parlaq səhifələrini yazmış Mikayıl Müşfiqin ömrü və yaradıcılığı Azərbaycan gəncliyinə bütün zamanlarda örnək olaraq qalmaqdadır. Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir.
7times.az
Müşfiq Qərib
Follow @7timesaz