Dünya

Bu gün Rusiyaya böyük hücum olacaq – Bəyanat

Bu gün Rusiyaya böyük hücum olacaq – Bəyanatbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna tərəfində döyüşən rusiyalı könüllülər martın 16-da Belqorod və Kursk vilayətlərində Putinin qoşunlarına kütləvi hücumu davam etdirəcəklərinə söz veriblər.

7Times.az xəbər verir ki, bununla bağlı Rusiyanın Azadlığı Legionu bəyanat yayıb.

“Kursk və Belqorod vilayətləri ərazisində məhdud hərbi əməliyyatın keçirilməsi ilə əlaqədar olaraq biz bir daha sözügedən vilayətlərin sakinlərini bölgəni təcili tərk etməyə çağırırıq. Özünüzü və övladlarınızın həyatını xilas edin. Biz bunu görürük. Putinin qoşunları dinc əhalinin arasında gizlənir, ona görə də bizim vəzifəmiz yerli əhalinin maksimum təhlükəsizliyini təmin etməkdir”, – bəyanatda deyilib.

Həmçinin qeyd edilib ki, hücum 16 mart səhər saatlarında başlayacaq.