Ölkə

Bu il 46 min nəfərə əlillik təyin edilib

Bu il 46 min nəfərə əlillik təyin edilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2023-cü ilin yanvar-sentyabr ayları ərzində 45,5 min şəxsə əlillik təyin edib.

 

Bu barədə 7Times.az -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 22,6 mininə ilkin, 22,9 mininə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunub.

 

Qeyd olunan dövrdə Agentliyin reabilitasiya müəssisələrində 78,9 min şəxsə reabilitasiya xidmətləri göstərilib.