Ölkə

“Bu, konkret hazırlanmış terror hücumudur” – DEPUTAT

“Bu, konkret hazırlanmış terror hücumudur” – DEPUTATbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Bakı vaxtilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu, Azərbaycan dövlətinə olunan qəsd kimi qiymətləndirilməlidir”.

Bu sözləri 7Times.az-a açıqlamasında Milli Məclisin üzvü Vüqar İskəndərov Tehranda baş verən terrorla bağlı danışarkən deyib.

O bildirib ki, bunun qəsddən başqa bir adı yoxdur:

“Vyana Konvesiyasına görə, səfirliklər dövlət və hökumət tərəfindən qorunmalıdır. Orada olan hər hansı bir təhlükəyə görə isə həmin dövlət cavabdehdir. İran bu mövqeyi ilə bir daha Azərbaycana olan kin-küdurətini, düşmən münasibətini sərgilədi”.

Millət vəkili bunun planlaşdırılmış terror aktı olduğunu deyib:

“Videodan da göründüyü kimi, terrorçu işçilərin arxasınca gəlir və İran vətəndaşı olan polisə əl edərək, heç bir zərər yetirmədən içəri daxil olur və əlindəki avtomatla səfirlik əməkdaşlarına hücum edir. Bu, konkret hazırlanmış terror hücumudur. İran dövləti təcili olaraq cinayətkar terrorçunun və bu işi sifariş verənlərin kimliyini təmin etməli, Azərbaycana izahat verməlidir. Bütün məsuliyyət İranın üzərindədir”.

Qeyd edək ki, hücum nəticəsində səfirliyin mühafizə xidmətinin əməkdaşı qəhrəmancasına həlak olub, iki nəfər isə yaralanıb.

7Times.az