Mədəniyyət

“Bu pozğun ünsürlər şəhid ailələrinə çatacaq pulları mənimsəyirlər…“ – Çingiz Abdullayev

“Bu pozğun ünsürlər şəhid ailələrinə çatacaq pulları mənimsəyirlər…“ – Çingiz Abdullayevbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bizim aramızda pis insanlar peyda olub. Şəhid ailələrindən pul oğurlayırlar. Şəhidlər bizim yolumuzda şəhadətə qovuşublar. Ancaq bu pozğun ünsürlər onların ailələrinə, övladlarına çatacaq pulları mənimsəyirlər”.

7times.az xəbər verir ki, bu sözləri Xalq yazıçısı, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü Çingiz Abdullayev deyib. Yazıçı cəmiyyətə müraciət edib: “Ey Azərbaycan xalqı, aldanmayın! Rəsmi olaraq yalnız ′′ YAŞAT ′′ Fondu var! Mən bu oğruları Vətən xainləri ilə bir tutardım. Mən onlara nə ad verəcəyimi bilmirəm! Aramızda Nainsanlar da var”.