Ölkə

Bu qanun layihəsi deputatların etirazına SƏBƏB OLDU

Bu qanun layihəsi deputatların etirazına SƏBƏB OLDUbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Necə ola bilər ki, Milli Məclisin razılığı olmadan xüsusi rejim tətbiq oluna bilir?”.

 

7Times.az  xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Fazil Mustafa səsləndirib.

 

Deputat “Fövqəladə vəziyyət haqqında” qanunda dəyişiklik edilməsi barədə layihəyə etiraz edərək sosial xarakterli fövqəladə mühit rejiminin Konstitusiyaya zidd olduğunu vurğulayıb.

 

Fazil Mustafa qanun layihəsinə Milli Məclisin razılığı, eləcə də sosial xarakterli fövqəladə mühit rejiminin müddəti məsələsinin əlavə olunmasını təklif edib.

 

Deputat Qüdrət Həsənquliyev də qanuna dəyişikliyin Konstitusiyaya zidd olduğunu vurğulayıb.

Millət vəkili Nigar Arpadarai isə qanun layihəsinin bir sıra problemlərə səbəb ola biləcəyini və yenidən baxılmalı olduğunu qeyd edərək, müzakirələrə ehtiyac olduğunu qeyd edib.

 

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov isə deputatların təklifləri ilə razılaşmayıb. O, cavab olaraq sosial xarakterli fövqəladə mühit rejiminin fövqəladə vəziyyətlə fərqli anlayışlar olduğunu bildirib:

 

“Fazil bəy, siz rejimin tətbiqinin Milli Məclislə razılaşdırılmalı olduğunu dediniz. Lakin burada söhbət fövqəladə vəziyyətdən getmir. Mən sizdən də, Qüdrət bəydən də Konstitusiyanın qeyd olunan bəndlərinə yenidən baxmağınızı xahiş edirəm. Sosial xarakterli fövqəladə mühit rejimi fövqəladə vəziyyət rejimindən əvvəl və sonra tətbiq oluna bilər”.

Sfera.az