Hadisə

Bu rayonda qanunsuz it döyüşləri keçirildi – FOTO

Bu rayonda qanunsuz it döyüşləri keçirildi – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göygöldə bir qrup şəxs tərəfindən it döyüşləri keçirilib.

7times.az apa-ya istinadən xəbər verir ki, Göygölün Lüləli kəndində “it meydanı” adlandırılan ərazidən paylaşılan görüntülərdə keçirilən yarışa yüzlərlə insanın gəldiyi məlum olub.

Pandemiya qaydalarının pozulduğu qanunsuz yarışlara ölkənin müxtəlif bölgələrindən it döyüşdürmək üçün gələn insanlar iştirak edib.
Məlumata görə, yarışların hər ay keçirilməsi planlaşdırılıb

Qeyd edək ki, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da heyvan hüquq müdafiəçilərinin səyi sayəsində it döyüşləri qadağan edilib.

Bu rayonda qanunsuz it döyüşləri keçirildi -FOTO

Bu rayonda qanunsuz it döyüşləri keçirildi -FOTO