Cəmiyyət

Bu şəxslər güzəştli ipoteka krediti ala biləcəklər

Bu şəxslər güzəştli ipoteka krediti ala biləcəklərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik şəxslərin əhatə dairəsi genişləndirilib.

7times.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda əksini tapıb.

Beləliklə, Azərbaycanın Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı, övladları) güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaqlar.