İqtisadiyyat

Buğdanın qiyməti sıçradı: Rusiyanın qərarı ərzağı yenidən bahalaşdıra bilər

Buğdanın qiyməti sıçradı: Rusiyanın qərarı ərzağı yenidən bahalaşdıra bilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsi və Qara dəniz taxıl dəhlizində yaranan qeyri-müəyyənlik buğda qiymətlərində sıçrayışa səbəb olub.

7Times.az  xəbər verir ki, buğdanın qiymətində bu ilin mart ayından bəri ən böyük artım qeydə alınıb.

 

Bu gün səhər xalqa müraciətində Putin qismən səfərbərlik elan edildiyini və işğal olunmuş ərazilərdə səsvermədən sonra ilhaq qərarlarının dəstəkləyəcəyini bildirib. Taxıl bazarı bu qərarın Ukrayna taxılının Qara dəniz ixrac dəhlizinin gələcəyini şübhə altına alacağından narahatdır.

 

Putinin müraciətdindən sonra Çikaqo birjasında buğda qiymətləri 9,2 faiz artıb.

 

Rusiya prezidentinin açıqlamaları digər kənd təsərrüfatı məhsullarının da qiymətlərini yüksəldib və qlobal ərzaq xərcləri bu ilin mart ayından sonra bütün zamanların ən yüksək həddinə çatıb.