Mədəniyyət

“Bunları biz yerinə otuzduran, dur deyən də yoxdur! Başları xarab olub” – Rasim Balayev

“Bunları biz yerinə otuzduran, dur deyən də yoxdur! Başları xarab olub” – Rasim Balayevbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

““Əli və Nino” kitab evinin “Ədiblərimiz müasir dövrdə” başlıqlı karikaturalarının cəmiyyət tərəfindən birmənalı qarşılanmadığının şahidiyəm. Özbaşnalıqdır da, zehinləri pozulub. Bunları biz yerinə otuzduran, dur deyən də yoxdur! Kim nə bilirsə elə də edir. Başları xarab olub. Sənin Nəsimiylə, Cavidlə, Nizami ilə nə işin var? Nəsimini velosipedlə karikaturaya çəkməkdənsə, get aç onun qəzəlini oxu! İşinizlə məşğul olun da. Buna nə ad verirsiniz? Görünür ki, onların psixi problemləri var. Onlar buna dəymirlər, mən heç onlar haqda danışmaq belə istəmirəm”

7times.az xəbər verir ki, bunu Xalq artisti Rasim Balayev deyib. O daha sonra əlavə edib.

“Onlar ümumiyyətlə bilirlərmi karikatura nə üçündür? Karikatura incəsənətin bir növüdür. Adətən o insanları karikaturaya çəkirlər ki, açıq-aydın tənqid etmək olmur, rəssamlar karikatura vasitəsilə tənqid edirlər. Çatışmazlıqları karikatura vasitəsilə göstərirlər. Məsələn o vaxt Əzim Əzimzadə din xadimlərini, mollaları, özbaşına məmurları karikatura vasitəsilə tənqid edib. Nizaminin, Nəsiminin, Fizulinin, Sabirin karikaturaya nə ehtiyacı var? Bu bir biyabırçılıqdır! Guya orijinallıq etmək istəyirlər. Niyə insanlarda qıcıq doğururlar? Birindən qurtarırsan, o biri başlayır” deyə sənətkar bildirib.

Xalq artisti müasir rejissorlardan, film və seriallardan da danışıb.

“Ömrümün elə bir yaşıdır ki, mən mütləq çəkilməliyəm. Amma reallıq nədir? Əlbəttə ki, çəkilmirəm. İstəsəm bu gün 100 film və seriala çəkilərəm, amma bu iş deyil axı, “xaltura”-dır. Bu gün məni xoşbəxt edəcək yeganə səbəb filmlərdə çəkilməyim, rol almağımdır. Həyatımın 40 ilini kamera qarşısında keçirdim ki, indi rolsuz qalım? Elə vaxt olub ki, səhhətim və kefim yaxşı olmayıb, qrimlənib kamera qarşısına keçmişəm və hər şey düzəlib. Sən demə sənət həm də sağlamlıqdır. Sənətkarın evdə oturub rol gözləməsi böyük faciədir. Zövqümüzü, milliyimizi efirlər, televiziyalar korlayır. Bu gün televiziyalar açıq qapı rolunu oynayır. Senzuranın olmaması çox pisdir. Görürsünüz də o bayağı, tezbazar çəkilən serialları? Görürsünüz nə gündədirlər? Bir dəfə məni seriala dəvət etmişdilər, maraq üçün getdim ki, görüm nə edirlər? Ssenari ilə tanış olmaq istədim və rejissordan ssenarini tələb etdim. Öz-özümə fikirləşdim ki, görəsən mən rejissordan nə istədim ki, onun mənə cavabı gecikdi. Mənə dedi ki, ssenari hələ yazılmayıb, biz ssenarini çəkiliş bitəndən sonra kollektiv oturub yazırıq? Kollektiv də ssenari yazmaq olar? Bu serialın bir ssenaristi yoxdursa onu niyə çəkirsiniz?” deyə Rasim Balayev deyib./Moderator.az