Cəmiyyət

“Buster” doza üzrə vaksinasiya sayı 700 mini ötdü

“Buster” doza üzrə vaksinasiya sayı 700 mini ötdübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan vaksinlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 7times.az-a verilən məlumata görə, ötən gün 61 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 48 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 292 495, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 050 605, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 524 851, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 717 039 təşkil edir.