İTV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Xalq artisti Əbdül Mahmudovdan təmsil etdiyi quruma ayrılan 300 min manatın hesabatı istənilib.
BAKU.WS-in məlumatına görə, Yazıçı, “Filmaniya” bloqunun müəllifi Ömər Xəyyam xalq artistinə deyib ki, ona ittifaqa ayrılan büdcənin nəyə sərf olunması maraqlıdır.
Əbdül Mahmudovun buna cavabı isə belə olub ki, məlumatlı olsaydı, “buxalteriya” sənədlərini gətirərdi.