Aktual

Çaylı kəndi niyə rusların nəzarətinə keçdi?

Çaylı kəndi niyə rusların nəzarətinə keçdi?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cümə axşamı günü Rusiya Müdafiə Nazirliyi Azərbaycanın Dağlıq Qarabağ ərazisində yerləşdirdiyi sülhməramlıların əməliyyat xəritəsində yenidən dəyişiklik edib.

Yeni xəritədə göstərilən sərhədlərdə Rusiya sülhməramlı qüvvələrinin əməliyyat sahəsi Şimal istiqamətində dəyişib və əvvəllər Azərbaycan ordusunun nəzarətində olan Tərtərin Çaylı kəndini əhatə edib.

Bundan başqa nazirliyin dərc etdiyi yeni xəritədə Laçın dəhlizi ətrafında olan ərazilər də Rusiya sülhməramlılarının xidmət sahəsi kimi göstərilib.

Rəsmi məlumatlara görə indiyə Rusiya sülhməramlı qüvvələri Laçın dəhlizinin daxilində Ermənistanla Dağlıq Qarabağ arasında xidmət aparıb və əlaqəni təmin edib.

Hələ ki, Azərbaycan tərəfindən sülhməramlıların əməliyyat xəritəsində aparılan dəyişikliklə bağlı şərh verilməyib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi dekabrın 13-də sülhməramlıları əmaliyyat sahəsinin xəritəsini dəyişib. O dəyişikliklə Hadrut rayonunun Çaylaqqala (Xtsaberd)-Hin Tağlar kəndləri sülhməramlıların nəzarətinə keçmişdi.

Həmin dəyişiklik Azərbaycan tərəfində bəzi etirazlara səbəb olub. Rəsmi qurumlar dəyişikliyə münasibət bildirməyiblər, amma Milli Məclisin bir neçə deputatı Rusiyanın addımını qınayıb.

Bir gün sonra Rusiya Müdafiə Nazirliyi yenidən xəritəni dəyişərək Hadrut rayonunun Çaylaqqala (Xtsaberd)-Hin Tağlar kəndləri ərazilərini Azərbaycan ordusunun nəzarət sahəsi kimi göstərib.yenisabah.az