Ölkə

Cəlilabadda qeyri-sabit hava şəraiti zamanı dörd məktəbə ziyan dəyib

Cəlilabadda qeyri-sabit hava şəraiti zamanı dörd məktəbə ziyan dəyibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad rayonunda bir neçə gün əvvəl qeyri-sabit hava şəraiti zamanı ümumilikdə 4 orta məktəbə ziyan dəyib.

Bu barədə Lənkəran-Astara Regional Təhsil İdarəsindən “Report”un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib.

Həmçinin qeyd olunub ki, həmin məktəblərin təmir və bərpası üçün Elm və Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinə məlumat verilib.

Qeyd edək ki, aprelin 21-də təbii fəlakət (dolu, qasırğa, leysan) Cəlilabad rayonunda bir sıra fəsadlara səbəb olub.