Manşet

Cəlilabaddakı dəhşətli qətlin TƏFƏRRÜATI: “17 bıçaq zərbəsi vuraraq…“

Cəlilabaddakı dəhşətli qətlin TƏFƏRRÜATI: “17 bıçaq zərbəsi vuraraq…“backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

7times.az Report-a istinadən xəbər verir ki, hadisə mayın 27-si gecə saat 3 radələrində rayonun Təzəkənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1980-ci il təvəllüdlü Bayramov Cavid Nəriman oğlu ailə məişət zəminində aralarında yaranan münaqişə zamanı keçmiş həyat yoldaşı, həmkəndlisi, 1975-ci il təvəllüdlü Xanəliyeva Rəna Allahqulu qızına 17 bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Məlumata görə, əvvəllər evli olan C.Bayramovla R.Xanəliyeva sonradan aralarında baş verən narazılıqlar səbəbindən boşanıblar. Onların boşanmasından artıq 10 il ötüb. Ötən gecə isə C.Bayramov R.Xanəliyevanın yaşadığı evə gələrək onunla yenidən barışmaq istədiyini bildirib. Lakin keçmiş ərlə arvadın aralarında mübahisə düşüb və daha sonra kişi R.Xanəliyevanı qətlə yetirib.

Hadisədən sonra yaralı qadını qohumları aşkar edib. R.Xanəliyeva Cəlilabad Rayon Mərkəzi Xətəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.