“Çelsi”nin yarımmüdafiəçisi Meyson Maunt bu yay iş yerini dəyişməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı ESPN yayıb.
Xəbərə görə, futbolçu “zadəganlar”la yeni müqavilə imzalamaq istəmir. Mənbə Meysonun uzunmüddətli anlaşma təklifi ilə razılaşmadığını, eləcə də London klubundan yüksək əməkhaqqı tələb etdiyini vurğulayıb.
Qeyd edək ki, Maunt “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted” və “Yuventus” kimi Avropa nəhənglərinin transfer siyahısındadır. Sözügedən oyunçu bu mövsüm çıxdığı 21 çempionat matçında 3 qol vurub.
Follow @7timesaz