Milli Şura sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin intim videosunu yaymaqla ölkə gündəmini zəbt edən Mahir adlı şəxsin bahalı həyatını əks etdirən görüntülər yayılıb.
7times.az xəbər verir ki, görüntülərdə həmin şəxsin qiyməti milyonlarla ölçülən “MAYBACH” avtomobilini idarə etdiyi əks olunur.
Qeyd edək ki, bu görüntüləri sosial media hesabında jurnalist Anar Məmmədov paylaşıb və belə şərh yazıb:
“Azərbaycanda insanları ağlı və əqidəsi ilə yox, pulu, maşını ilə tanıyanlar çoxdu. Ona görə də, baz oğlanı MAYBACH avtomobili ilə paylaşıram. Tanıyanlar mənə yazsın. Amma gərək Cəmil Həsənlinin qızı MAYBACH-lı oğlanın sevgisinə inanmazdı. Siyasətçi balası belə bahalı planlara qurban gedirsə… Nə isə, oğlanın adı Mahir, atasının adı Nizamidir. Maybach-ı 90 MN 770 dövlət nömrə nişanı ilə idarə edir”.
Follow @7timesaz