Dünya

Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərə başlayıb

Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərə başlayıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya və ABŞ hərtərəfli müharibə ssenariləri çərçivəsində həyata keçirilən 11 günlük birgə hərbi təlimlərə başlayıb.

7Times.az  xəbər verir ki, Cənubi Koreya Baş Qərargahından verilən məlumata görə, təlimlərə 19 min Cənubi Koreya əsgəri qatılacaq.

Açıqlamada amfibiya enişi və canlı atəş təlimləri kimi 48 səhra təliminin keçiriləcəyi qeyd edilib.

Cənubi Koreya Prezidenti Yoon Suk Yeol Nazirlər Kabinetinin iclasındakı açıqlamasında Şimali Koreyanın artan hərbi təhdidləri, psixoloji müharibə taktikası və kiber hücumların qarşısını almaq üçün builki “Azadlıq Qalxanı” təliminin müxtəlif böhran ssenariləri çərçivəsində keçiriləcəyini bildirib.

“AzPolitika”