Mədəniyyət

#Çərpələng

#Çərpələngbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər gecə qaranlığa laylay çalır gözlərim,
Barmaqlarım ulduzlarla öpüşür.
Bir qağayı sədaqəti uyuyur ürəyimin ən dərin küncündə,
Oyatmağa kimsənin cəsarəti çatmır…

Torpaq qadınları barmaq uclarından tanıyır,
Hər qadın bir buğda dənəsi vəd edir.
Əgər nə vaxtsa Tanrı olsam,
Dünyanı buğda dənəsindən yaradaram…

Çərpələng düşüncələrim
Nazik qələmlə bağlanıb barmaqlarıma.
Süzür səmanın sonsuz ənginliklərində,
Atını sürür fikrimin dərinliklərində.
Göyqurşağıyla bəhsə girir xəyallarım,
Hansının daha rəngli olduğuna qərar verə bilməmişik;

Budur,
Bircə anlıq yorulur barmağım,
Büdrəyir qələm,
Qırılır düşüncələrimin sapı,
Hür səmadan qopub torpağa sürgünə gedir
Xəyalların çərpələngi;
Yenə bir şeir günəşsiz qaldı…