Yazarlar

Ceyhun Bayramov kimdir? Və niyə xarici siyasət idarəsinə rəhbər oldu…

Gələk ona ki, heç kəsin gözləmədiyi halda niyə ölkə başçısı təhsil naziri kimi uğurlu fəaliyyət göstərən, C.Bayramovu xarici siyasət idarəsinin rəhbəri təyin etdi.

Ceyhun Bayramov kimdir? Və niyə xarici siyasət idarəsinə rəhbər oldu…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ceyhun Bayramov Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə “OMNİ” hüquq şirkətinin direktoru olub. 2004-2012-cillərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərə i findən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib. 2013-cü ildə Təhsil Nazirliyi aparatının rəhbəri olub. Həmin ilin avqustunda təhsil nazirinin müavini təyin olunub. Azərbaycan Prezidentinin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə Təhsil Naziri vəzifəsinə təyin olunub. 2020-ci il tarixli sərəncamı ilə xarici işlər naziri təyin olunub. Bu nazirin qısa bioqrafiyasıdır.

***

Gələk ona ki, heç kəsin gözləmədiyi halda niyə ölkə başçısı təhsil naziri kimi uğurlu fəaliyyət göstərən, C.Bayramovu xarici siyasət idarəsinin rəhbəri təyin etdi.

O, Təhsil Nazirliyindəki fəaliyyəti dönəmində ciddi islahatlardan və yeniliklərdən yana idi. C.Bayramov orta və ali məktəblərdə rüşvətxorluq, korrupsiya halları ilə bağlı ciddi mübarizə apardı. Rastlaşdığı təzyiqlərə baxmayaraq, onun apardığı mübarizə daha çox ali məktəblərlə bağlı nəticəsini göstərib.

C.Bayramovun, müəllim nüfuzunun yüksəldilməsi işində, ciddi xidməti var.

O, bir məmurun sıravi vətəndaşa sarı getməsində də nümunə simadır. Azərbaycanda həmkarları bu məsələdə ciddi kompleks yaşasa da C.Bayramov çox rahat və uğurla, tutduğu kürsüdən asılı olmayaq, dövlətinin piar işini qurmaqdan çəkinməyib. Diqqət edilsə, hökumət üzvləri arasında onun qədər sıravi vətəndaşa jest edən məmur yoxdur. Bu təkcə insani deyil, həm də milli keyfiyyətdir. Bir azərbaycanlı qürurlu olduğu qədər, rəhimli, sevgi dolu olmağı da bacarmalıdır.

Daha bir üstünlük, onun xarici gorkəmində gizlənir. Görünüşcə, sakit təbiətli adam təəssüratı yaratsa da xarakter göstəricilərinə görə mübariz adamdır. Məqamı gələndə, “dırnağını” göstərməyi bacarır.

Yeri gəlmişkən, onun bir keyfiyyəti İsmət İnönünü xatırladır. Türk dünyasının uğurludövlətinə sərf etməyən qərarlardan dolayı eşitməməzlik nümayiş etdirər. Və ya bir məsələni dəfələrlə soruşarmış. Artıq beynəlxalq tədbirlərdə hər kəs bu keyfiyyətə alışıq idi. O üzdən İnönü bir məsələ bardə üç sual verirdisə, hər kəs rahatca anlayırmış ki, Türkiyə bu qərardan yana deyil. Bir qədər üzə təbəssüm gətirsə də, lazım olmayan məsələlərin üərindən beləcə uğurla adlamaq keyfiyyəti XİN-nin yeni rəhbərində də var. Bir XİN rəhbəri üçün vacib diplomatik “tryukdur”.

***

Məlumdur ki, ölkə başçısı indiyə qədər xarici siyasət idarəsinin fəaliyyətindən razı qalmayıb. Təkcə ona görə yox ki, E.Məmmədyarov Azərbaycan dilində pis danışır. Həm də ona görə ki, o indiyə qədər lazım olan çox şeyi etmədi.

Məmmədyarovlar ailəcə milli ənənlərədən uzaq, ailə standartları fərqli adamlar idilər. Bu mənada da C.Bayramov yaxşı nümunədir. Bundan başqa, təhsil naziri kimi tanıdığım və rəhbərliyi altında çalışdığım C.Bayramov,

-Hər zaman yenilikdən yanadır;

-Öz prinsiplərini öndə tutmayıb;

-Milli dəyərlər bağlıdır;

-Beynəlxalq əlaqələri var;

-Bütün sahələrdə milli kadrları yetişdirməkdən yanadır;

-Təyinatlarda milli kadrlara üstünlük verib;

-Obyektiv tənqid onun üçün önəmlidir;

-Dinləmək bacarığı var.

İndi Prezident İlham Əliyevin XİN-dən tələb etdiyi standarta diqqət edək:

-DQ məsələsi ilə bağlı hücum diplomatiyasını qurmalıyıq;

-Milli maraqlar tam təmin edilməlidir;

-Milli kadrlar yetişdirilməlidir;

-Təyinatlarda milli kadrlara stünlük vermək lazımdır;

-Qonşularla münasibət prioritet olmalıdır;

-Regional təhlükəsizlikdən yana diplomatik münasibətlərə önəm verilməlidir;

-Bütün beynəlxaql təşkilatlarla Azərbaycanın əlaqələrini və mövqeyini möhkəmləndirmək lazımdır.

Göründüyü kimi C.Bayramov bu post üçün təkcə uğurlu yox, həm də milli kadrdır. Dövlət başçısı təyinatda məhz bunu hesablayıb.

***
…Və ən sonda, bu rəhbərlik etdiyi kollektivdə çalışan bir yazarın, uzun müddət etdiyi müşahidələrdir ki, sadaladıqlarıma bu yazını hazırlayarkən birini də əlavə etməli oldum. Dvlət başçısı İlham Əliyevin Ceyhun Bayramovu yeni təyinatdan sonra onlayn qəbul edərkən ünsiyyətdə məsuliyyət və həyəcan aydın duyulurdu. Bu, bir məmuru heç zaman enməyə qoymayan ən üstün cəhətdir.

Jalə Mütəllimova