Siyasət

Ceyhun Bayramov sülh danışıqları üçün Rusiyaya getdi

Ceyhun Bayramov sülh danışıqları üçün Rusiyaya getdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

24 iyul tarixində xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.

7Times.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində, 25 iyul tarixində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli görüşün, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.