Ölkə

Cimi kəndində növbəti səyyar vətəndaş qəbulu keçirilib – FOTOLAR

Cimi kəndində növbəti səyyar vətəndaş qəbulu keçirilib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Habil Əzənmədov Qonaqkənd qəsəbə inzibati ərazi dairəsinin Cimi kəndində vətəndaşların səyyar qəbulunu keçirilib.

“7Times.az” xəbər verir ki,səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Habil Əzənmədov tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də rayonda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat verilmiş, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.