Aktual

“Çin bizə hörmət etmir, İran bizdən qorxmur, Rusiya… “

“Çin bizə hörmət etmir, İran bizdən qorxmur, Rusiya… “backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, indiki Amerika rəhbərliyinə dünyada hörmət edilmir və ondan heç kim qorxmur.

Ucnoqta.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Tramp bunu dünya tarixinin ən təhlükəli məqamı adlandırıb.
“Hazırda, mənim fikrimcə, ölkəmizin tarixində ən təhlükəli dövrdür. Dünyamız heç vaxt bu qədər təhlükə ilə üzləşməmişdi”, – deyə Tramp hər il keçirilən “Heritage Foundation” tədbirində bildirib.

O, qeyd edib ki, dünya silahların təsiri ilə təhlükə altına düşüb. ABŞ-ın keçmiş prezidentinin sözlərinə görə, onun administrasiyası postda olsaydı Rusiya Ukraynada xüsusi əməliyat keçirməzdi. “Çin artıq bizə hörmət etmir, İran bizdən qorxmur. Rusiya Ukraynadakı hərəkətləri ilə liderlərimizin nə qədər zəif olduğunu göstərdi”, – deyə Tramp söyləyib.