Çin dekabrın 1-dən volframın ixracını məhdudlaşdıracaq.
7Times.az xəbər verir ki, bu barədə CNBC yazır.
CNBC-yə danışan analitiklərin fikrincə, Çinin məqsədi volframın qiymətinin qlobal səviyyədə qalxmasına nail olmaqdır.
Hazırda dünya üzrə volframın əsas tədarükçülərindən biri Çindir. Volfram silahlarda və yarımkeçiricilərdə istifadə olunan olduqca sərt metaldır.
Ekspertlər Çinin bu addımında ABŞ-nin davranışlarının böyük təsirinin olduğunu düşünürlər. ABŞ Müdafiə Nazirliyi 2027-ci il yanvarın 1-dən etibarən podratçılara Çində minalanmış volfram almağı qadağan edib.
ABŞ eyni zamanda Çindən idxal olunan volframa tətbiq edilən gömrük rüsumunu 25 faiz artırıb. Bunun nəticəsində Çindən idxal azalıb və bu, Çində istehsala mənfi təsir göstərib. Çində istehsalın azalması isə öz növbəsində qiymətləri aşağı salıb. Çin volframın ixracını məhdudlaşdırmaqla qiymətləri yenidən artırmaq istəyir. Volfram qiymətləri Çinin bu qərarına güclü reaksiya göstərməyib. Çin tərəfi hesab edir ki, volfram hasilatının sərfəli olması üçün qiymətlər indiki səviyyədən, yəni 335 dollardan ən azı 50 dollar yüksək olmalıdır.
Sfera.az
Follow @7timesaz