Dünya

Çin və Ukrayna liderləri arasında telefon danışığı olub

Çin və Ukrayna liderləri arasında telefon danışığı olubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Xalq Respublikasının Sədri Si Cinpin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Prezident Zelenski “Twitter” hesabında bildirib.

“ÇXR Sədri Si Cinpinlə ilə uzun və mənalı telefon danışığım oldu. İnanıram ki, bu zəng, həmçinin Ukraynanın Çinə səfirinin təyin edilməsi ikitərəfli münasibətlərimizin inkişafına güclü təkan verəcək”, – Zelenski bildirib.

Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov bildirib ki, tərəflər arasında telefon danışığı təxminən 1 saat davam edib.