Aktual

Çin yenidən qapanma elan etdi: On minlərlə turist şəhərdə qapalı qaldı

Çin yenidən qapanma elan etdi: On minlərlə turist şəhərdə qapalı qaldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin cənubundakı Hainan adasında yerləşən Sanya şəhərində Covid-19-a yoluxma hallarının artması səbəbindən bağlanma tədbirlərinin həyata keçiriləcəyi elanından sonra 80 min turist şəhərdə qapalı qalıb.

7Times.az  xəbər verir ki, Çinin ən məşhur turistik yerlərindən biri olan Hainan adasındakı Sanya şəhərində Covid-19 hadisələrinin artması səbəbiylə dünəndən etibarən bağlanma tətbiq ediləcəyi açıqlanıb.

Bundan sonra 80 min turist şəhərdə qapalı qalıb. Turistlər ən azı 1 həftə oteldə qonaq ediləcəyi və hər gün nuklein turşusu testləri verəcəkləri bildirilib. İlin ən sıx turistik mövsümünü yaşayan Sanyada otellərdə ilişib qalanlar üçün yerləşmə haqqının yüzdə 50 azaldılmasına qərar verilib. Hainan adasının digər şəhərlərində də epidemiya tədbirləri artırılıb.

Sanya Phoenix Beynəlxalq Hava Limanından 164 reys ləğv edildikdən sonra dünən səhər minlərlə turist hava limanında qalıb. Sərnişinlərin 3000-ə yaxını bu gün səhərə kimi seçilmiş 11 otelə yerləşdirilib. Şəhərdə bütün təyyarə və qatar xidmətləri ləğv edilib, ictimai nəqliyyat xidmətləri də tamamilə dayandırılıb. Dəmir yolu ilə şəhərdən çıxmağın qarşısını almaq üçün qatar biletlərinin satışı da ləğv edilib.

Son 6 gündə şəhərdə 800-dən çox Covid-19 hadisəsinin aşkar edildiyini bildirən səlahiyyətlilər, Omicron submutasiyasının BA5.1.3 son dalğada tapıldığını açıqlayıb.