Manşet

Çingiz Abdullayevin qardaşı şəhid olub? – “Vaxtım yoxdur” deyərək telefonu BAĞLADI

Çingiz Abdullayevin qardaşı şəhid olub? – “Vaxtım yoxdur” deyərək telefonu BAĞLADIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq yazıçısı Çingiz Abdullayev müsahibəsində bildirib ki, onun qardaşı da 1990-cı illərdə şəhid olub. Bu isə növbəti suallar doğurub: Ç.Abdullayevin şəhid olan qardaşı kimdir? Nə vaxt şəhid olub? Bu vaxta qədər Ç.Abdullayev şəhid qardaşı haqda niyə danışmayıb?

Bəzi sosial şəbəkə istifadəçiləri Ç.Abdullayevin əmisi oğlunu nəzərdə tutub-tutmadığını (ruslar “dvoyurnıy brat” deyir, ola bilsin ki, Ç.Abdullayev də bu məntiqlə “qardaşım” sözünü işlədib) da anlamağa çalışırlar.

7times.az xəbər verir ki, axar.az bu müzakirələrə son qoymaq üçün Ç.Abdullayevdən açıqlama almağa cəhd göstərib. Ancaq Xalq yazıçısı sualı dinlədikdən sonra “vaxtım yoxdur” deyərək telefonu bağlayıb.