Qarabağ

Daha üç erməni Xankəndidən Ermənistana aparıldı

Daha üç erməni Xankəndidən Ermənistana aparıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xankəndidə həkim nəzarətində olduğu bildirilən daha üç xəstə Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə Ermənistanın müxtəlif ixtisaslaşdırılmış tibb mərkəzlərinə köçürülüb.
7Times.az  xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Köçürülən xəstələrdən biri “Daun sindromlu” 2 aylıq uşaq, digər ikisi isə “İnfeksiya ilə mürəkkəbləşmiş sağ çiyin oynağının kistası” və “Kəskin leykoz” diaqnozu olan yetkin xəstələrdir.

Xatırladaq ki, azərbaycanlı ekofəallar dekabrın 12-dən Laçın-Xankəndi yolunun Şuşa rayonundan keçən hissəsində fasiləsiz etiraz aksiyası keçirirlər.