Uruqvay millisinin bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün geniş heyəti açıqlanıb.
“Report”un məlumatına görə, ilkin siyahıya 56 futbolçunun adı daxil edilib.
Yekun heyətdə 26 oyunçu yer alacaq.
Türkiyənin “Qalatasaray” klubunun qapıçısı Fernando Muslera, yarımmüdafiəçi Lukas Torreyra, “Fənərbağça”dan Dieqo Rossi, “Trabzonsport”dan isə Maksi Qomes yığmaya dəvət alıb.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Uruqvay Portuqaliya, Qana və Cənubi Koreya ilə birlikdə H qrupunda mübarizə aparacaq.