Ölkə

Deputat: “Bunu ölkəmizdə siyasi sabitliyin pozulmasına cəhd kimi dəyərləndirirəm”

Deputat: “Bunu ölkəmizdə siyasi sabitliyin pozulmasına cəhd kimi dəyərləndirirəm”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün “Fəvvarələr meydanı”nda bir qrup gəncin xarici antiazərbaycan qüvvələrin sifarişini icra edəcəyi  qabaqcadan məlum idi”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

“Təbii ki, bu gün Azərbaycanın beynəlxalq səviyyədə nüfuz qazanması, öz gücü ilə  ərazi bütövlüyünü təmin etməsi bəzi ermənipərəst dairələri narahat edir. Sosial şəbəkələrdə geniş reklam olunmasına baxmayaraq aksiyada iştirak edənlərin  çox az sayda olması ölkə vətəndaşlarının dövlət başçısının siyasətinə etimadı və sədaqətindən irəli gəlir. Dövlət başçımız işğaldan azad olunmuş ərazilərin sürətlə dirçəldilməsinə, Şuşada beynəlxalq tədbirlərin keçirilməsinə və ölkəmizin güclənməsi üçün gecəni gündüzə qataraq gərgin iş rejimində çalışır. Vətəni sevən hər  kəs qazanılmış uğurlara və həyata keçirilən inkişaf layihələin icrasına sevinir”.

“Azərbaycan gəncliyi dövlət başçısının yanındadır və ölkəmizin inkişafında yaxından iştirak edir.  Amma özlərini fəal gənclər kimi təqdim edərək aksiyada iştirak edənlər isə polisə qarşı da nalayiq ifadələr səsləndirir, hətta LQBT-nin bayrağını qaldırır və əxlaqımıza və milli-mənəvi  dəyərlərimizə xas olmayan hərəkətlərini nümayiş etdiriblər. Təbii ki, polisimiz aksiya iştiraçıların qeyri-etik davranışlarına baxmayaraq özlərini çox təmkinli və  mədəni aparması, dövlətimizin sivil dəyərlərə uyğun ictimai-siyasi sabitliyin təmin edilməsi deməkdir”.

Deputat əlavə edib ki, keçirilən aksiya ilə əlaqədar “Azadlıq”, “Amerikanın səsi” və “Sputnik” informasiya vasitələrində  üç gün təbliğat aparması və aksiya iştirakçıların bu qeyri – etik davranışlarını insan azadlıqlarının məhdudlaşdırılması kimi işıqlandırılması ölkəmizdə yüksək səviyyədə təmin olunmuş ictimai-siyasi sabitliyinin pozulması istiqamətində cəhd kimi dəyərləndirir:
” Azərbaycanda hüquqi demokratik dövlət qurulmuşdur və bütün məsələlər qanunlarla idarə olunur. Kimlərsə ki, qanunların tələblərinin pozulmasına cəhd edirsə təbii ki, onlara qarşı da qanuna uyğun tədbirlər görülməlidir”.