Mədəniyyət

“Deyilənə görə, Zeynəb Xanlarova ona maneələr yaradıb”

“Deyilənə görə, Zeynəb Xanlarova ona maneələr yaradıb”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çox təəssüf ki, Leyla xanım dünən rəhmətə getdi. Mən onun nəvəsi ilə danışdım. Leyla xanımın ögey qızının nəvəsi idi mənimlə danışan. Ömrünün son illərində Almaniyanın Düsseldorf şəhərində yaşayırdı. 2 il idi ki, xəstə idi. Son aylarda isə ağır Alzheimer xəstəliyindən əziyyət çəkirdi. Xəstəxanada qalırdı, deyilənə görə. Almaniyada tək yaşayırdı, sığınacaq almışdı. Ailəsi ilə problemləri var idi, ondan imtina etmişdilər. Bunu ömrünün son gününə qədər sirr saxlayıb, heç kimə bildirməyib”.

7Times.az  moderator.az-a istinadla xəbər verir ki, bunu “Təbriz mahnıları” səhifəsinin rəhbəri Əmirəli Qızıllı deyib.

O, Xalq artisti Leyla Şərifova ilə bağlı maraqlı faktları bölüşüb:

“Kommunizm mühitində böyüyüb boya-başa çatmışdı. Birinci əri dünyasını dəyişəndən sonra qarşısına məqsəd qoyurlar ki, Bakını tərk etsin. Ondan sonra ağır xəstələnir, depressiyaya düşür. İrana, Məşədə gəlir və orada yaşayır. İkinci əri Leyla xanımı İrandan Tacikistana qaçırır. Çünki İranda şah dövrü idi, onun zülmündən hamı qaçırdı.

Bakını çox sevirdi. Hətta danışığımızda hər zaman böyük fəxrlə və qürur hissi ilə deyirdi ki, bakılıyam. Hamı nədənsə onu tacik, yaxud İranlı bilirdi. Atası izmirli, anası isə azərbaycanlı idi. Leyla xanım Bakıda doğulub, boya-başa çatıb.

1970-ci illərdə Leyla xanım Tacikistandan yenidən Azərbaycana qayıdır. Lakin ona meydan verilmir. Deyirdilər ki, Zeynəb Xanlarova onun sənətdə qarşısını kəsib, maneə yaradıb. Ona görə də Leyla xanım tacik və İran müğənnisi kimi tanınıb. Almaniyada yaşayan tacik və iranlılar onu farslaşdırmağa çalışıblar, Leyla Şərifovanın onlara aid olduğunu bildiriblər. Leyla xanım farsca yaxşı bilirdi. Flora Kərimova, Rübabə Muradova ilə yaxın rəfiqə olduğunu deyirdi.

Şərifova Almaniyada yaratdığı “Gülşən” mahnı ansamblına rəhbərlik edib. 2011-ci ildə Tacikistan prezidenti Emoməli Rahman Almaniyaya səfər edərkən onu qarşılayanlar arasında olub”.