Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarının, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin yalnız dövlət məvacibi sosial sığorta və vergiyə cəlb olunacaq.
7Times.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial sığorta haqqında” qanuna və Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə əksini tapıb.
“Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, iİndiyə qədər rotasiya qaydasında xarici ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin yalnız xarici ölkədə aldığı əmək haqqından məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayıb. Layihəyə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarına, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə, dövlət məvacibi istisna olmaqla, ödənilən müavinətlər, kompensasiyalar və dövlət məvacibinə tətbiq edilən fərqləndirici əmsalın məbləğindən məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayacaq.
Vergi Məcəlləsinə əsasən, hazırda rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin qulluqçuların xarici ölkədə aldığı əməkhaqqı gəlir vergisindən azaddır. Dəyişikliyə əsasən, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarına, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə ödənilən müavinətlər, kompensasiyalar və dövlət məvacibinə tətbiq edilən fərqləndirici əmsalın məbləği gəlir vergisindən azad ediləcək.
Beləliklə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin yalnız dövlət məvacibi qanunvericiliklə müəyyən edilmiş qaydada vergiyə və digər icbari ödənişlərə cəlb olunacaq.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
Follow @7timesaz