Maraqlı

Diqqət! Kiber təhlükə var: “Sənə zəng edən atan əslində atan deyil”

Diqqət! Kiber təhlükə var: “Sənə zəng edən atan əslində atan deyil”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda “Man in the middle” və “Spoofing Caller ID” hücumu başlayıb.
7Times.az xəbər verir ki, bu barədə texno-bloqqer Fərid Pərdəşünas bildirib.

“Bir proqram təminatı vasitəsilə (əslində bir çox) istənilən şəxsə istənilən nömrədən zəng etmək olur. Az əvvəl yoxladım və işləyir. Şəkildə özümə 050 111 11 11 nömrəsindən zəng etmişəm. Bu məşhur “Spoofing Caller ID” hücum növüdür. İstədiyiniz adamın nömrəsi ilə başqasına zəng edirsiniz. Məsələn, sizə atanızdan zəng gəlir, ekranda ATA çıxır amma danışan başqa adamdır. Yaxud sizə Polisdən, Bankdan zəng gəlir amma arxada danışan cinayətkardır.

Mütəxəssis qeyd edib ki, bu metodla insanlar aldadılır və məlumatları ələ keçirilir:

“İşin pis tərəfi bu əlavə ilə səsi də dəyişmək olur. Bu metodla Azərbaycanda hücumlar artıq var. Dövlət tərəfindən həmin əlavəyə çıxışlar bağlanıb. Lakin, VPN ilə hücumlar olur. Proqram təminatı qlobal işləyir. Yerli operatorların problemi deyil. Telekommunikasiya sektorunda bilinən qlobal problemdir. Vəziyyətdən çıxış yolu telefonda səsli şəkildə heç kimə məlumat verməməkdir. Tətbiqi məndən soruşmayın. Yayılmasının qarşısını almaq üçün heç kəsə bu barədə məlumat vermirəm.

Texno-bloqqer bildirib ki, insanlar bu üsulla hücumlardan qoruna bilər:

– Gələn zəngin kim tərəfindən edilməsinə baxmayaraq, şəxsi məlumatlarınızı bölüşməyin. Bu bank hesab nömrəniz, ananızın qız vaxtının soyadı, sirli kod və digər məlumatlardır.
– Gələn görüntülü zənglərə qeyri-əxlaqi intim hərəkətlər edərək cavab verməyin. Ən yaxşısı isə ümumiyyətlə o zənglərə cavab verməyin.