İqtisadiyyat

Diqqət: Kompensasiya məbləği üç dəfədən çox artırıldı

Diqqət: Kompensasiya məbləği üç dəfədən çox artırıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev “Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişikliklərla bağlı qanunu imzalayıb.

7times.az xəbər verir ki, qanuna dəyişikliklə fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılıb. Bu müddəa 2021-ci ilin 5 aprel tarixindən qüvvəyə minəcək.

Digər bir dəyişikliklə isə fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya 20 (iyirmi) min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödəniləcək.