Hesab edirəm ki, bu gün müzakirə etdiyimiz “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanun sözün əsl mənasında ən vacib qanunlardan biridir.
7Times.az xəbər verir ki, bunu Milli Məclisin bugünki plenar iclasında çıxışı zamanı deputat Aydın Hüseynov deyib.
“Bu qanunun məqsədi vətəndaşların dövlət orqanlarına etimadının yüksəldilməsi üçündür. Yəni hər bir vətədanaş, hər bir dövlət qulluqçusu qulluq etdiyi yerdə eyni zamanda həmin dövlət orqanını təmsil etmir, həm də ölkəni təmsil edir. Yəni ki, bir vətəndaş təkcə bir müəssisənin, bir orqanın yox, bütövlükdə bir ölkənin nüfuzunun formalaşdıran şəxsiyyət görmüşük. Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır, üzərinə götürdüyü öhtəlikləri yüksək səviyyədə yerinə yetirir. Sözümüz imzamızdır. Azərbaycan qətiyyətli mövqeyi var, humanist, demokratik prinsiplərə söykənir. Məhz bu prinsipləri özündə ehtiva edən bu şəxsi keyfiyyətlər, ölkə prezidentinin şəxsi keyfiyyətlərinə söykənir. Ona görə də, prezidentin bütün şəxsi keyfiyyətləri hər bir dövlət qulluqçusu üçün nümunə olmalıdır. Bu qanunlayihəsində o da qeyd olunub ki, dövlət orqanlarında çalışan şəxslər korrupsiyanın qarşısının alınmasına da xidmət etməlidir. Bu korrupsiyanın yaranmasına amillər var. Hesab edirəm ki, bu şəraitlərdən biri də, dövlət qulluğu vəzifəsini daşıyan şəxsin bir vəzifədə beş ildən artıq qalmasıdır. Bunu hər birimiz təsdiqləyə bilərik. Çünki müəyyən beş ilə qədər, əgər həmin vəzifəlinin korrupsiyaya meyillilik varsa, həmin həlqəni çox gözəl şəkildə qurmağı bacarır. Hesab edirəm ki, qanunda dövlət qulluqçusu əgər məsul vəzifə daşıyırsa, o sahədə mütəxəssis deyilsə, inzibati vəzifə daşıyırsa, o, beş ildən sonra ratifikasiya olunsun, başqa bir vəzifəyə dəyişdirilsin.”
Follow @7timesaz