Dünya

Dünya üçün YENİ TƏHLÜKƏ: “Ölümcül göbələklər” – ÜST xəbərdarlıq etdi

Dünya üçün YENİ TƏHLÜKƏ: “Ölümcül göbələklər” – ÜST xəbərdarlıq etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatı yeni infeksiya ilə bağlı xəbərdarlıq edib.

7Times.az  bildirir ki, qurumun məlumatına görə, “göbələk virusu”nun insanlar üçün yaratdığı təhlükə getdikcə artır. İnfeksiyayanın yoluxma səbəbi kimi isə Covid-19 pandemiyası zamanı dərmanlara qarşı müqavimət göstərən və immunosupressiyaya məruz qalan xəstələrin sayının artması göstərilib.

Mövzu ilə bağlı danışan ÜST-nin AMR (antikroblara qarşı müqavimət) əməkdaşı, professor Hanan Balki “Göbələk infeksiyaları getdikcə artır. Sözügedən viruslar müalicələrə əvvəlkindən daha davamlı olub  və bu, dünya miqyasında ictimai sağlamlıq probleminə çevrilir”, deyə söyləyib.

Göbələk İnfeksiyaları üzrə Qlobal Fəaliyyət Fondunun məlumatına görə, hər il 300 milyondan çox insan bu virusa ciddi şəkildə yoluxur  və 1.6 milyon nəfər ən çox yayılmış infeksiyalardan ölür. Daha 25 milyon insan isə ölmək və ya görmə qabiliyyətini itirmək riski altında olur. “Üstəlik, bu infeksiyalar coğrafiya ilə məhdudlaşmır. Böyük Britaniya da daxil olmaqla, bütün dünyada insanlar göbələk xəstəliklərindən əziyyət çəkirlər. Bu viruslar tənəffüs yollarını zədələyir, sinir sisteminə, o cümlədən beyinə hücum edərək  ölümə səbəb ola bilirlər. İmmuniteti zəifləmiş insanlar, xərçəngə görə kimyaterapiya keçirənlər və ya HİV/AİDS-dən müalicə alanlar invaziv göbələk infeksiyaları üçün ən böyük risk altında olan şəxslərdir”, deyə qurumun məlumatında bildirilib. Baş verənlərdə Covid-19-un da rol oynadığı güman edilir.

ÜST-i ən çox narahat edən 19 göbələk patogeni isə kritik, yüksək və orta olaraq üç kateqoriyaya ayrılıb. Birinci patogen “cryptococcus neoforman”dır – burada ölüm nisbəti 41-61 faizdir. Torpaqda və çürüyən ağacda yaşayır, ağciyərlərə təsir edir və mərkəzi sinir sisteminə və qana da yayıla bilir. “Candida auris” patogeni – ölüm nisbəti 29% -dən 53% -ə qədərdir və ən müasir antifungal dərmanlara davamlıdır. Digər riskli göbələk “aspergillus fumigatus” tənəffüs yolu ilə ötürülür – əsasən ağciyər xəstəliyinə səbəb olur və beyinə yayıla bilir, ölüm nisbəti 47-88 faiz arasında dəyişir. Siyahıdakı digər patogenlərə “mucorales”, “histoplasma spp”, “cryptococcus gattii”,  “fusarium spp” kimi adlar da daxildir.