Türkiyə millisinin üzvü Merih Demiral məşhur futbolçularla əlaqə saxlayıb, formalarının satışa çıxarılması barəsində razılıq əldə edib.
Offsideplus.az xəbər verir ki, sosial şəbəkə hesabında paylaşım edən Merih “Yuventus”da çıxış etdiyi dönəm komanda yoldaşları olan Bonuççi, Ronaldo və Dibalanın formasını hərraca çıxaracaq.
Əldə edilən gəlir Türkiyədəki zəlzələ qurbanlarına bağışlanacaq.