Kinematoqrafiya həm adi tamaşaçılar, həm də peşəkar tənqidçilər tərəfindən yaxından izlənilir və hər dəfə də birmənalı qarşılanmır.
OLAY yazır ki, sevilən və tarixə yazılan ekran işləri ilə bərabər dünyanın bir çox ölkəsində yayımı qadağan edilən filmlər də yetəri qədərdir.
Bu filmlərdə sarsıdıcı, həddən artıq təhqiredici və ya siyasi ittiham yer ala bilər.
Bu tip kinolar sərhədləri aşmaq, çox vaxt ictimai normaları alt-üst etmək, mübahisəli mövzulara toxunmaq məqsədi ilə çəkilir.
“Avtomatik portağal” yayımı qadağan edilən filmlərdəndir. Ekran işində evsiz insanları öldürən və qadınlara təcavüz edən yetkinlik yaşına çatmayan cinayətkarlar dəstəsindən bəhs edir.
Film İrlandiya, Sinqapur, Malayziya, Cənubi Koreya və İspaniyada da qadağan edilib.
İkinci yeri mişarla qurbanlarını öldürən bir qrup gəncdən bəhs edən “Texas qətliamı” filmi tutub. Filmin Finlandiya, Böyük Britaniya, Braziliya, Avstraliya, Çili, İrlandiya və bir sıra başqa ölkələrdə nümayişi qadağan edilib.
Reytinqdə üçüncü yeri iblis qüvvələrin ələ keçirdiyi 12 yaşlı qızdan və onları qovmağa çalışan iki keşişdən bəhs edən “The Exorcist” qorxu filmi tutur. Film 10 “Oskar” mükafatına namizəd olub, onlardan ikisini qazanıb. Yayımı Malayziya, Böyük Britaniya və Sinqapurda qadağandır.
Dördüncü yerdə Braynın həyatıdır. Film dini mövzularda sərt satiradır və müxtəlif vaxtlarda İrlandiya, Norveç və Sinqapurda qadağan edilib.
Reytinqdə beşinci yer “Parisdə sonuncu tanqo” filminə məxsusdur. Film açıq-saçıq səhnəsi ilə məşhurlaşıb. İtaliya, Sinqapur, Yeni Zelandiya, Portuqaliya və Cənubi Koreyada yayımı qadağandır.
Qadağan olunmuş filmlərin tam siyahısı aşağıdakı kimidir:
1. “Avtomatik Portağal”
2. “Texas qətliamı”
3. “Şeytanı qovan”
4. “Brayanın həyatı”
5. “Parisdə sonuncu tanqo”
6. “Qərb Cəbhəsində hər şey sakitdir”
7. “Kaliqula”
8. “Solda sonuncu ev”
9. “Əcaib”
10. “Şər ölülər”
11. “Salo Respublikası və ya Sodomun 120 günü”
12. “Mayki”
13. “Mən sizin qəbirlərinizə tüpürürəm”
14. “Kannibal Holokost”
15. “Ekstaz görüntüləri”
16. “Ölüm üzləri”
17. “Doktor Mabuse”
18. “Nəticələr”
19. “Şeytanlar”
20. “Saman itləri”
Follow @7timesaz