Dünya

Dünyanın səbirsizliklə gözlədiyi açılış baş tutdu – Fotolar

Dünyanın səbirsizliklə gözlədiyi açılış baş tutdu – Fotolarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Dubayda dünyanın səbirsizliklə gözlədiyi “Expo 2020″nin açılış mərasimi baş tutub.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, sərgi pandemiyadan sonra şərqdə baş tutan ilk böyük tədbir hesab edilir. “Expo 2020″nin ötən il açılması planlaşdırılsa da pandemiyaya görə tədbir təxirə salınmışdı.

Dubayda sözügedən sərgi üçün 7 milyard dollar dəyərində kompleks tikilib. Açılış mərasimi kompleksin mərkəzində baş tutub.

“Ağılları birləşdirmək və gələcəyi qurmaq” devizi ilə keçirilən sərginin açılış mərasimini canlı izləmək üçün Birləşmiş Ərəb Əmirliyində müxtəlif məkanlarda 490-na qədər monitor quraşdırılıb. Eyni zamanda Nyu-Yorkda mərkəzi küçədə də açılış mərasimi canlı nümayiş edilib.

Gecədə məşhur italyan müğənni Andrey Boçelli çıxış edib. Bu gündən etibarən qonaqlar sərgini izləyə biləcəklər. Sərgidə 190 ölkə, eləcə də Azərbaycan yer alıb. Hər ölkə özünə məxsus olan guşədə öz ölkəsinə aid müxtəlif vasitələri nümayiş etdirir. “Expo 2020” 2022-ci ilin martın 31-nə kimi davam edəcək.

Qeyd edək ki, Expo 1851-ci ildən bu yana hər 5 ildən bir keçirilir. Bu il böyük sərgi ilk dəfə Yaxın Şərq ölkəsində keçirilib.